Trampdan SƏRT SÖZLƏR: İyrənc və yalançılar
Bizi izləyin

ABŞ

Trampdan SƏRT SÖZLƏR: İyrənc və yalançılar

ABŞ prezidenti Donald Tramp jurnalistləri özünə siyasi rəqib gördüyünü açıqlayıb.

Publika.az xəbər verir ki, prezident bu fikirləri Pensilvaniya ştatının Nyutoun şəhərində çıxışı zamanı deyib.

Prezident onu tənqid edən mediaya qarşı sərt ifadələr səsləndirib.

ABŞ mediasına qarşı linç kampaniyasını davam etdirən prezident mitinqdə də medianı saxta, yalançı və iyrənc xəbərlər yazmaqda ittiham edib. Trampı dəstəkləyən mitinq iştirakçıları bir ağızdan “iyrənc və yalançı media” şüarlarını səsləndiriblər.

Tramp çıxışı zamanı mitinqdəki medianı işarə edərək “Media müstəqilliyinə nə oldu? “Dürüst hesabatlara nə oldu?”- deyə soruşub.

“Onlar sadəcə hekayələr və yalan xəbər hazırlayırlar”, - deyən ABŞ prezidenti, jurnalistləri onun gördüyü işləri düzgün işıqlandırmamaqda günahlandırıb:

“Şimali Koreya lideri Kim Çen Inla Sinqapurda keçirdiyimiz görüşdə nələr əldə etdiyimizi yazmadılar, amma Rusiya prezidenti Vladimir Putinlər Helsinkidə keçirdiyimizi görüşü yalan xəbərlərlə yaydılar”.

D.Trampın mediaya qarşı bu cür təzyiqi jurnalist və vətəndaşlar tərəfindən tənqid edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm