Rusiyaya SARSIDICI ZƏRBƏ: Dövlət Departamenti DETALLARI AÇDI
Bizi izləyin

ABŞ

Rusiyaya SARSIDICI ZƏRBƏ: Dövlət Departamenti DETALLARI AÇDI

ABŞ-ın Dövlət Departamenti Rusiyaya qarşı qəbul edilməsi planlaşdırılan yeni sanksiyaların detalları açıb.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, Dövlət Departamentinin yüksəkvəzifəli nümayəndəsinin sözlərinə görə, sanksiyalar Rusiyanın müdafiə xarakterli məhsulları əldə etməsi, həmçinin silahın satışı üzrə əməliyyatları bloklamağı hədəfləyir.

Bundan başqa, diplomat bildirib ki, ABŞ rəhbərliyi məhdudlaşdırıcı ölçülərin vasitəsiylə milli təhlükəsizlik nöqteyi-nəzərindən həssas mallar və texnologiyaların Rusiyaya satışına mane olmaq istəyir. Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, “həssas mallar və texnologiyalar”a elektron cihazlar, kompüterlər, lazerlər, neft-qaz avadanlığı, həmçinin informasiya təhlükəsizliyi sahəsində istifadə edilən texnologiyalar aiddir.

ABŞ administrasiyası Rusiyada aktiv fəaliyyət göstərən Amerika şirkətlərinə dəyən zərəri kompensasiya etməyi planlaşdırır.

Qeyd edək ki, Dövlət Departamentindən verilən məlumata görə, Sergey Skripal işi ilə bağlı məhdudlaşdırıcı ölçülərin ilk paketinin avqustun 22-də tətbiqi təxmin edilir.

Moskva kimyəvi silahı bundan sonra tətbiq etməyəcəyi barədə inandırıcı zəmanətlər verməsə, ABŞ hakimiyyəti 3 ay sonra - 2018-ci ilin payızında Sergey Skripal işi ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların ikinci paketini qəbul etmək niyyətindədir.

Sanksiyaların ikinci paketi diplomatik münasibətlərin əhəmiyyətli ixtisarını, “Aeroflot” dövlət aviaşirkətinin ABŞ-a uçuşlarının dayandırılmasını, həmçinin ixrac və idxala demək olar ki, tam məhdudiyyətin tətbiqini özünə daxil edə bilər.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripal və qızı Yuliya mart ayında Briyaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənmişdi. London hadisəyə görə Rusiyanı ittiham edib. Moskva isə bütün ittihamları qəti surətdə rədd edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm