Trampla Makron telefonda nəyi müzakirə etdi? - Detallar AÇIQLANDI
Bizi izləyin

ABŞ

Trampla Makron telefonda nəyi müzakirə etdi? - Detallar AÇIQLANDI

Fransa Prezidenti Emmanuel Makron və ABŞ lideri Donald Tramp avqustun 11-nə keçən gecə baş tutan telefon danışığında İranla münasibətləri, həmçinin Suriyada və Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə ediblər.

Bu barədə Fransa Prezidentinin administrasiyasındakı mənbə bildirib. Yelisey sarayı nümayəndəsinin sözlərinə görə, telefon danışığı Emmanuel Makron administrasiyasının təşəbbüsü ilə reallaşıb. O, həmçinin İran mövzusunun Tehrana və İslam Respublikası ilə ticarət edən kompaniyalara qarşı Amerika sanksiyalarının bərpa olunması ilə əlaqədar müzakirə olunduğunu deyib.

Bir qədər əvvəl Donald Tramp da özünün “Tvitter” səhifəsində danışıqların gedişində müxtəlif mövzulara, o cümlədən təhlükəsizlik və ticarət məsələlərinə toxunulduğunu yazmışdı.

Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkellə telefon danışığında da Suriya münaqişəsinin müzakirə olunduğu bildirilir. (azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm