Trampa XƏBƏRDARLIQ: Türkiyədəki 50 nüvə bombasını unutma
Bizi izləyin

ABŞ

Trampa XƏBƏRDARLIQ: Türkiyədəki 50 nüvə bombasını unutma

ABŞ prezidenti Donald Tramp xəzinə və maliyyə naziri Berat Albayrakın “Yeni iqtisadi plan”ı təqdim etdiyi vaxt atdığı tvitlə Türkiyə birjasını alt-üst etdi.

Publika.az
xəbər verir ki, Tramp Türkiyədən idxal edilən alüminium və poladın gömrük rüsumunu artırdığını Tvitterdən bildirdi.

Bu tvitdən sonra Türkiyə lirəsi dollar qarşısında sürətlə dəyər itirməyə başladı. Bundan sonra Vaşinqton və Ankara arasında gərginlik pik həddinə çatdı.

Lakin Trampın qərarına təkcə türklər deyil, amerikalılar da sərt reaksiya verdilər.

“The Washington Post” qəzetinin yazarı, beynəlxalq siyasət üzrə mütəxəssis Brian Klaas Trampa Türkiyədəki İncirlik bazasındakı nüvə başlıqlarını xatırladıb.

“Ərdoğanın heyranı deyiləm, lakin bu, lazımsız çıxışdır (Trampın atdığı addım). Türkiyə NATO üzvüdür və Türkiyədəki ABŞ hərbi hava bazasında (İncirlik) 50 nüvə bombası var. Trampın tvitləri ciddi milli və beynəlxalq təhlükəsizlik riskləri yaratmağa davam edir”, - deyə Klaas Tvitter hesabında yazıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm