ABŞ Britaniyanı İrana qarşı birləşməyə CAĞIRDI
Bizi izləyin

ABŞ

ABŞ Britaniyanı İrana qarşı birləşməyə CAĞIRDI

ABŞ Böyük Britaniyanı İranla nüvə sazişindən çıxmağa çağırıb.

Publika.az xəbər verir ki, bu cağırışı ABŞ-ın Böyük Britaniyadakı səfiri Robert Vud Conson səsləndirib.

Səfir Londonun “İran təhdidinə” qarşı mübarizədə Vaşinqtonla birləşməli olduğunu bildirib.

“Böyük Britaniya 2015-ci ildə bağlanmış İranla nüvə sazişinə dəstəyindən imtina etməli və Tehran tərəfindən yaranan qlobal təhdidə əks təsir üçün Vaşinqtonla səylərini birləşdirməlidir”, - səfirin “The Sunday Telegraph” nəşrinin bazar nömrəsində dərc edilmiş məqaləsində deyilir.

Consonun sözlərinə görə, “normal ölkə” olmaq üçün İrana real və möhkəm dəyişikliklər lazımdır. Səfir iddia edib ki, ABŞ İranla ”əsl hərtərəfli razılaşma”nın imzalanması üçün səy göstərir. Amerkalı diplomat nüvə sazişindən çıxmayacağı və sanksiyalara qoşulmayacağı halda, Londonu ciddi nəticələrlə hədələyib. Lakin o, "ciddi nəticələrin" nədən ibarət olacağını dəqiqləşdirməyib.

Qeyd edək ki, ABŞ bu ilinin mayında İranla nüvə sazişindən çıxıb. Sazişin digər iştirakçıları – İngiltərə, Fransa, Almaniya, Rusiya və Çin ona sədaqətini ifadə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm