ABŞ-ın növbəti HƏDƏFİ bu ölkə oldu - Sanksiyaları dəstəkləməsə...
Bizi izləyin

ABŞ

ABŞ-ın növbəti HƏDƏFİ bu ölkə oldu - Sanksiyaları dəstəkləməsə...

Dünyada bir çox ölkəyə sanksiya tətbiq etmək qərarı verən və gömrük rüsumlarına dair mübahisəli siyasəti ilə dünyanı ticarət savaşının ucuna gətirən Donald Tramp hökumətindən bir təhdid də İngiltərəyə gəlib.

Publika.az xəbər verir ki, ABŞ-ın İngiltərədəki səfiri Vudi Conson İngiltərənin İrana qarşı tətbiq edilən maliyyə sanksiyalarını dəstəkləməsinin lazım olduğunu bildirib.

Səfir bu barədə İngiltərənin “Teleqraf” qəzetində dərc edilən məqaləsində yazıb. O qeyd edib ki, İngiltərənin sanksiyaları dəstəkləməməsi ciddi mənfi nəticələr doğuracaq.

V.Conson İranın əlindəki pulları vəkalət savaşları və xarici ölkələrdə fəaliyyət göstərən müxalif aktivistlərə xərclədiyini bildirib. Səfir London hökumətini hörmətli diplomatik gücü və təsirini istifadə etməyə çağırıb.

“Prezident açıq şəkildə bildirmişdi. İrandakı ticarət çatışmazlıqları qlobal faydalarla qarşılaşdıranları ABŞ ilə həyata keçirdikləri ticarətdə ciddi nəticələr gözləyir”-, səfir qeyd edib.

Qeyd edək ki, ötən həftə İngiltərənin Yaxın Şərq əlaqələri üzrə nümayəndəsi Alistayir Bört İranla nüvə razılaşmasını müdafiə etmiş və razılaşmanın bölgənin təhlükəsizliyi üçün mühüm olduğunu vurğulamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm