“Türkiyənin iqtisadi problemləri...” - Dövlət Departamentindən ZARAFAT KİMİ BƏYANAT
Bizi izləyin

ABŞ

“Türkiyənin iqtisadi problemləri...” - Dövlət Departamentindən ZARAFAT KİMİ BƏYANAT

Türkiyənin iqtisadi problemləri Vaşinqtonun Ankara barədə siyasəti və ya hərəkətləri ilə bağlı deyil.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda brifinq zamanı ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert bildirib.

“İqtisadçılar Türkiyədə nə baş verdiyini sizə deyəcəklər. Türkiyədə iqtisadi problemlər bizim avqustun 1-də “Maqnitski aktı” çərçivəsində iki fiziki şəxsə (Türkiyənin daxili işlər və ədliyyə nazirləri nəzərdə tuturlur - red.) qarşı sanksiyaları tətbiq etməsindən sonra başlanmadı”, - o deyib .

Dövlət Departamentinin sözçüsü həmçinin ABŞ-ın elektronika məhsullarının idxalının boykot ediləcəyi barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatını şərh edib.

“Mən bu bəyanatları gördüm, amma təsdiq edə bilmərəm ki, bu, həqiqətdə olacaq. Biz bunun real siyasət olub-olmadığını anlamaq üçün gözləyəcəyik”, - o jurnalistlərin sualına cavab verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm