ABŞ
Mettis: “Kimsə kosmosa hərbi yolla çıxmağa çalışsa...”
Birləşmiş Ştatlar ehtiyac yarandığı halda, öz peykləri qoruya biləcək.
Publika.az “Vaşinqton Post” nəşrinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis bildirib.
Həmçinin, o vurğulayıb ki, Amerika tərəfi kosmik məkanın hərbiləşdirilməsinə qarşı çıxır.
“Biz kosmosun silahlanlanmasına təşəbbüs etmirik. Eyni zamanda, əgər kimsə kosmosa hərbi yolla çıxmağa çalışacaqsa, biz əllərimizi yana yığaraq oturmayacağıq”, - Pentaqonun başçısı əlavə edib.
Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp ölkənin hərbi-kosmik güclərini inkişaf etdirməyə çağırıb. Tramp rəqiblərin artıq kosmosun hərbiləşdirilməsinə başladıqlarını bildirib.
“Amerikanın hərbi üstünlüyünü saxlamaq üçün hər şeydə irəlidə olmalıyıq. Bizim rəqiblərimiz artıq kosmosun hərbiləşdirilməsinə başlayıblar. Həmin ölkələr bu istiqamətdə çox irəliləyiblər. Amma söz verirəm ki, çox tezliklə onlara çatacağıq və qabaqlayacağıq”, - Ağ Evin başçısı Nyu-York ştatında hərbi bazada çıxışında deyib.
Qeyd edək ki, iyunda ABŞ prezidenti Silahlı qüvvələrin yeni növü kimi Kosmik güclərin yaradılması barədə sərəncam verib. Kaliforniya ştatında təyyarə bazasında dəniz piyadaçıları qarşısında çıxış edən prezident vurğulayıb ki, ABŞ-ın yeni milli kosmik strategiyasıyla kosmos quru, hava və dəniz kimi hərbi hərəkətlərin zonası tanınıb.
Bu günlərdə isə ABŞ-ın vitse-prezidenti Mayk Pens Müdafiə Nazirliyində (Pentaqon) çıxışında bildirib ki, Rusiya və Çin kosmik məkanı hərbi hərəkət teatrına çevirərək burada hərbi imkanları gücləndirir. Onun sözlərinə görə, bu gün başqa ölkələr kosmosda yerləşən Amerika sistemlərini heç vaxt olmadığı qədər pozmağa və kosmosda ABŞ-ın liderliyinə son qoymağa çalışırlar. Vitse-prezident qeyd edib ki, ABŞ onlara güzəşt etməyəcək.
“Biz Trampın rəhbərliyi altında ölkəmizi müdafiə edəcəyik və həm dünya, həm də kosmosda dinc bir gələcək quracağıq. Tarix sübut edir ki, sülh güc vasitəsilə gəlir”, - o vurğulayıb.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var