Kofi Annan öldü
Bizi izləyin

ABŞ

Kofi Annan öldü

Birləşmiş Millətlər Təşkilatının yeddinci baş katibi Kofi Annan vəfat edib.

Publika.az xəbər verir ki, K.Annan 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, K.Annan 8 aprel 1938-ci ildə Qananın Kuması şəhərində doğulub. Təhsilini Amerika Birləşmiş Ştatları və İsveçdə tamamlayıb. Təhsil aldığı illərdə İngilis və fransız dillərini öyrənib. Daha sonra Birləşmiş Millətlər Təşkilatında işə başlayıb. 1996-cı ildə BMT-nin yeddinci baş katibi seçilib.2001-ci ildə Nobel sülh mükafatına layiq görülüb. 2007-ci ildə baş katib vəzifəsindən ayrılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm