Trampdan Avropa İttifaqı və Çinə qarşı SƏRT İTTİHAM
Bizi izləyin

ABŞ

Trampdan Avropa İttifaqı və Çinə qarşı SƏRT İTTİHAM

Avropa İttifaqı ölkələri və Çin milli valyutalarla manipulyasiya edir.

Publika.az xəbər verir ki, bu ittihamı “Röyters” agentliyinə müsahibəsində ABŞ prezidenti Donald Tramp səsləndirib.

“Çin, sözsüz ki, öz valyutasıyla manipulyasiya edir. Və mən düşünürəm ki, eyni manipulyasiyalar avro ilə həyata keçirilir”, - Ağ Evin başçısı vurğulayıb.

Prezident qeyd edib ki, ABŞ başqa dövlətlərlə qətiyyətlə danışıqlar aparır.

“Biz qalib gəlməliyik, amma mənə Federal Rezerv Sisteminin dəstəyi lazımdır”, - Tramp ABŞ-ın mərkəzi bank funksiyasını yerinə yetirən Federal Ehtiyat Sisteminin (FES) baza faiz dərəcəsini tədricən artırması siyasətini tənqid edib.

Qeyd edək ki, FES 2017-ci ilin yanvarından – Trampın dövlət başçısının vəzifəsinə başlamasından bu yana beş dəfə baza faiz dərəcəsini yüksəldib. İyunun ortalarında FES faiz dərəcəsini 1,75-2-yə qədər yüksəldib. Gözlənilir ki, bu ilin sonuna kimi iki, növbəti ildə isə daha üç dəfə analoji addım atılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm