"Ruhani mənimlə görüşmək istəmirsə..." - Tramp
Bizi izləyin

ABŞ

"Ruhani mənimlə görüşmək istəmirsə..." - Tramp

ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə görüşməyə hazırdır.

Publika.az xəbər verir ki, bu haqda ABŞ prezidentinin özü "Röyters" agentliyinə müsahibəsində bildirib.

"Əgər Ruhani mənlə görüşmək istəyirsə, o zaman "yaxşı", yox əgər iran lideri dialoqa getmək fikrində deyilsə, o zaman "heç bir işə ehtiyac yoxdur", - Tramp İran lideri ilə görüşməyə hazır olduğunu növbəti dəfə dilə gətirib.

ABŞ prezidenti rəsmi danışıqların aparılması üçün Vaşinqtondan Tehrana heç bir müraciətin olmadığını əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm