Mark Zükerberqdən İran və Rusiyaya ŞOK ZƏRBƏ: kəşfiyyat xidmətləri...
Bizi izləyin

ABŞ

Mark Zükerberqdən İran və Rusiyaya ŞOK ZƏRBƏ: kəşfiyyat xidmətləri...

“Facebook” şirkəti sosial şəbəkəsində, həmçinin “Instagram” xidmətində bir sıra səhifələri və qrupları silib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, şirkət qərarını səhifələr və qruplarda “razılaşdırılmış şübhəli hərəkətlər”in həyata keçirilməsi ilə izah edib.

Bu fəaliyyətin bir hissəsinin İran və Rusiya mənşəli olduğu bildirilir.

Xəbərdə deyilir ki, Yaxın Şərq, Latın Amerikası, ABŞ və Böyük Britaniya auditoriyasına ünvanlanmış 652 İran mənşəli hesab, səhifə və qrup silinib.

“Biz ABŞ hökumətinin daha əvvəl Rusiyanın hərbi kəşfiyyat xidmətləri kimi müəyyən edən səhifələri, qrupları və hesabları sildik”, - şirkətdən əlavə ediblər.

Öz növbəsində, Amerikanın “Twitter” şirkətindən bildiriblər ki, əhəmiyyəti hissəsi İran mənşəli olan 284 hesab silinib. Bildirilir ki, onlar uyğunıaşdırılmış manipulyasiyalarla məşğul olurdular.

Daha əvvəl Amerika KİV-i Rusiyanı sosial şəbəkələr vasitəsilə ABŞ-dakı seçkilərdə Donald Trampa dəstək verməkdə ittiham edib. Xüsusi halda, ittihamlar Sankt-Peterburqdakı “İnternetin öyrənilməsi üzrə Agentliyə” (Internet Research Agency) ünvanlanmışdı.

Aprel ayında “Facebook” şirkətinin banizi Mark Zükerberq 270-dən çox səhifə və hesabın bloklandığını bildirib. Bildirilib ki, onlar İnternetin öyrənilməsi üzrə Agentliyin idarəsi altında idilər. Sukerberq əlavə edib ki, bloklanmış bəzi səhifələr İnternetin öyrənilməsi üzrə Agentliyin nəzarət etdiyi Rusiya xəbərlər təşkilatlarına aid idi.

Qeyd edək ki, “Facebook” və “Twitter” daxil olmaqla, sosial şəbəkələr Senat və Nümayəndələr Palatasının komitələri ilə əməkdaşlıq etməyı öhdəsinə götürüb. Komitələr Rusiyanın seçkilərə güman edilən Rusiya müdaxiləsini və Trampın Rusiya ilə sözləşməsini araşdırırlar.

Belə müdaxilə və sözləşmənin mövcudluğu həm Kremldə, həm də Ağ Evdə təkzib edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm