Amerikalılardan xəbərdarlıq: “İqtisadiyyat siyasətə qurban verilməməlidir”
Bizi izləyin

ABŞ

Amerikalılardan xəbərdarlıq: “İqtisadiyyat siyasətə qurban verilməməlidir”

“Siyasi problemlər iqtisadi səviyyəyə çatdırılanda tamamilə fərqli siyasi problemlərə səbəb ola bilər".

Publika.az xəbər verir ki, bu sözləri Vaşinqtonda yerləşən BAU Beynəlxalq Universiteti və "Düşüncə Quruluşu" Qlobal Siyasətlər İnstitutu tərəfindən təşkil edilən paneldə mütəxəssislər tərəfindən Türkiyə və ABŞ arasındakı gərginlik müzakirə edilərkən səsləndirilib.

Paneldə çıxış edən amerikalı və Türk mütəxəssislər son dövlər ABŞ prezidenti Donald Trampın açıqlamaları və Türkiyəyə qarşı tətbiq edilən sanksiyalarla əlaqədar yaranan gərginliyin qısa zamanda həllini tapmalı olduğu bildirilib.

ABŞ-ın Ticarət Palatasının Yaxın Şərq və Türkiyədən məsul sədr müavini Kuş Çoksi iki ölkə arasındakı ticarət əlaqələrinə diqqət çəkib, Türkiyə və Amerika sərmayəsi ilə 1800 şirkətin mövcud olduğunu vurğulayıb.

“Bu siyasət gələcəkdə ABŞ iqtisadiyyatına zərər verəcək. Qlobal müttəfiqləri uzaqlaşdıracaq siyasət ABŞ-ın beynəlxalq çıxarlarına mənfi təsir edəcək. Siyasi problemlər iqtisadi səviyyəyə çatdırılanda başqa siyasi problemlərə yol aça bilir”.

K.Çoksi məsələlərin yalnız dialoq əsasında həll edilməli olduğuna diqqət çəkib.

Türkiyənin Vaşinqtondakı səfirliyinin ticarət sözçüsü Salman Qurd çıxışında ABŞ və Türkiyə arasındakı ticarətin ABŞ-ın lehinə olduğunu bildirib.

"İki ölkə arasındakı münasibətlər dialoqa söykənməli və diplomatik yolla həll edilməlidir. ABŞ Türkiyəni başqa ticari istiqamətlərə yönləndirən ticarət siyasətinə son qoyulmalıdır".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm