İki il əvvəl söz verilən MÜHARİBƏ – Həyatının yeganə səhvinin NƏTİCƏSİ OLACAQ
Bizi izləyin

ABŞ

İki il əvvəl söz verilən MÜHARİBƏ – Həyatının yeganə səhvinin NƏTİCƏSİ OLACAQ

ABŞ prezidenti Donald Tramp ona qarşı impiçment elan edəcəkləri halda, maliyyə bazarlarının çökəcəyi barədə xəbərdarlıq etdi.

“Başa düşmürəm ki, öz işinin öhdəsindən gələn bir prezidentə necə impiçment elan etmək olar. Əgər nə vaxtsa mənə qarşı impiçment elan etsələr, bazarlar çökəcək, hamı çox kasıb olacaq", - Ağ Evin başçısı “Fox News” telekanalına müsahibəsində demokratları hədələyib.

Noyabrda ABŞ Konqresində aralıq seçkiləri keçiriləcək. Demokratların Konqresdə əksəriyyəti əldə edəcəyi halda, prezidentin impiçment proseduruna başlanılması tamamilə real görünür. Prezident seçkiləri öncəsi Rusiya ilə sözləşmədə ittiham olunan Donald Trampın adının son vaxtlar qadınlara qarşı seksual xarakterli hərəkətlər etməsi və onlara susmaq müqabilində pul təklif olunması kimi qalmaqallarda hallanır. Bu, isə onun impiçmentini üçün kifayət qədər hüqquqi əsaslar yaradır.

Publika.az xəbər verir ki, Rusiyanın amerikalı eksperti Dmitri Drobniskinin sözlərinə görə, mümkün impiçmentin elanının nəticələri ən müxtəlif ola bilər.

Onun fikrincə, kütləvi qarışıqlıqların və hətta mikro vətəndaş müharibəsinin olması mümkündür. Ekspert xatırladıb ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens Ohayo ştatında seçkiqabağı mitinqlərdən birində keçmiş dövlət katibi Hillari Klintonun qələbəsi halında vətəndaş müharibəsini təşkil edəcəyinə söz vermişdi.

Mütəxəssisin fikrincə, Trampa səs verən ştatlarda artıq belə əhval-ruhiyyələr var. O hesab edir ki, əgər impiçment elan edilərsə, onda bunun baş verməsi istisna edilmir.

Bundan başqa, Drobniski bildirir ki, maliyyə bazarları bu hadisəyə son dərəcə mənfi reaksiya verə bilər. Bu baxımdan, ekspert hesab edir ki, Trampın fikirləri ilə razılaşmamaq olmaz.

“Sputnik” radiosunun efirində Siyasi Sosiologiya İnstitutunun direktoru, rusiyalı politoloq Vyaçeslav Smirnov deyib ki, Amerika elitası prezidenti qəbul etmədi.

“Elitanın onun qələbəsi ilə barışmadığını indi Tramp da təsdiq edir. Buludlar qatılaşır, vəziyyət kifayət qədər ağırdır. Amerikada aralıq seçkiləri gəlir”, - o bildirib.

Prezident seçkilərində Donald Trampın qələbəsini düzgün proqnozlaşdıran Amerika Universitetinin professoru, tarixçi Allan Lixtman daha əvvəl hazırkı dövlət başçısının mümkün impiçment tarixini açıqlamışdı. O bildirmişdi ki, aralıq seçkilərdən əvvəl heç kim Trampı istefaya göndərməyəcək. Onun fikrincə, respublikaçıların özləri gözlənilməz siyasətçini bu vəzifədə görmək istəməyəcəklər. Lixtmanı hesab edir ki, indiki vitse-prezident Maykl Pensin respublikaçıları daha çox qane edir.

“Rusiyanın “domokl qılıncı” Amerika prezidentinin üzərində asılıb. Nəhayət, Niksonda ( ABŞ prezidenti Riçard Niksonun istefası ilə nəticələnən “Uotergeyt” qalmaqalından söhbət gedir – red.) olduğu kimi respublikaçılar Konqresdə məğlub olarsa, onda impiçment proseduru başlanacaq”, - Lixtman qeyd edib.

Daha əvvəl Donald Trampın Tvitter hesabında yazmışdı ki, 2016-cı ildə seçkilərdə qələbə onun tək səhvi olub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm