ABŞ Şimali Koreya üzrə xüsusi nümayəndə təyin etdi
Bizi izləyin

ABŞ

ABŞ Şimali Koreya üzrə xüsusi nümayəndə təyin etdi

ABŞ Dövlət Departamenti Şimali Koreya üzrə xüsusi nümayəndə təyin edib.

Publika.az xəbər verir ki, bu barədə dövlət katibi Mayk Pompeo açıqlama verib.

O bildirib ki, ABŞ-ın Şimali Koreya ilə bağlı siyasətinin həyata keçirilməsi və yarımadanın nüvə silahından tam azad olması məqsədləri istiqamətində xüsusi nümayəndə kimi Stiv Biqen çalışmağa başlayacaq.

“Gələn həftə mən və yeni xüsusi nümayəndə danışıqları davam etdirmək üçün Şimali Koreyaya səfər edəcəyik”, - deyə dövlət katibi əlavə edib.

Stiv Biqen bundan əvvəl “Ford” şirkətinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti postunda çalışıb. O, həmçinin Milli Təhlükəsizlik Şurasında və Konqresdə müşavir vəzifələrində işləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm