“Ümid edirik ki, Rusiya gəmiləri…” – Pentaqon
Bizi izləyin

ABŞ

“Ümid edirik ki, Rusiya gəmiləri…” – Pentaqon

ABŞ-ın Müdafiə Nazirliyində (Pentaqon) ümid edirlər ki, Rusiya gəmiləri Aralıq dənizində təlimlərin gedişatında özlərini təhlükəsiz və peşəkar aparacaqlar.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Pentaqonun mətbuat xidmətinin nümayəndəsi Erik Pahon bildirib.

“İstənilən başqa ölkə kimi, ABŞ-ın Hərbi-Dəniz Qüvvələri Aralıq dənizində və ənənəvi dünya dəniz yollarında olur. Biz beynəlxalq sularda azad hərəkət edirik. Beləliklə, biz gözləyirik ki, Aralıq dənizində Rusiya gəmiləri özlərini təhlükəsiz, peşəkar və beynəlxalq normalara və təcrübəyə uyğun aparacaqlar”, - o deyib.

Rusiyanın Müdafiə Nazirliyindən verilən məlumata görə, Aralıq dənizində Hərbi Dəniz Donanması və Hərbi Hava Qüvvələri sentyabrın 1-dən 8-dək “Martin Ustinov” raket kreyserinin başçılığı ilə 25-dən çox gəmi və 30 təyyarənin iştirakı ilə hərbi təlimlər keçiriləcək. Bu, 2015-ci ildə Suriyada Rusiyanın hərbi əməliyyatının başlanması anından ən böyük təlimlər olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm