Dələduz erməni ABŞ-da şəxsi təyyarəsində həbs olundu – Türkiyənin adı keçir
Bizi izləyin

ABŞ

Dələduz erməni ABŞ-da şəxsi təyyarəsində həbs olundu – Türkiyənin adı keçir

ABŞ Federal Təhqiqatlar Bürosu şəxsi təyyarəsinə minərək ABŞ-dan qaçmaq istəyən Lev Aslan Dermeni həbs edib.

O, bir sıra işbazlarla əlaqəyə girərək qanunsuz olaraq yüz milyonlarla dollar əldə edib.

ABŞ mətbuatı buna qədər Lev Aslan Dermenin Türkiyəyə qaçdığı haqda xəbərlər yayıb. Buna əsas kimi onun İstanbulda evinin olması, sıx-sıx Türkiyəyə səfər etməsi göstərilib.

Hazırda Los-Angelesdə saxlanılan Lev Aslan Dermenin həbsxanaya göndərilməsi gözlənilir.

Dermen SBK holdinqin şəriki olub, eləcə də bir neçə saxta şirkət idarə edib.

Ermənistan vətəndaşı olan və ABŞ-a köçən Dermenin türk vətəndaşlığı üçün müraciət etdiyi, 2017-ci ildə Los-Angelsdə məhkəmə qərarı ilə Lev Aslan Dermen adını götürdüyü qeyd edilir.

Xatırladaq ki, Dermen ABŞ-da dələduzluq yolu ilə 511 milyon dollar qazanan amerikalı Jakob və İsiah Kinqston qardaşları ilə birgə işləyib. Qardaşlarda bir müddət əvvəl Türkiyəyə qaçarkən həbs olunub.

Dələduz qrupun milyardlarla dollar çirkli pullar yuduğu bildirilir (Teleqraf.com).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm