ABŞ
ABŞ-dan İrana TƏHDİD: "Terrora dəstəyi dayandırmasa..."
"İranın Yaxın Şərqdəki fəaliyyəti səbəbilə nüvə müqaviləsindən çəkildik. İran son zamanlar qeyri-müəyyən addımlar atır. Bu səbəbdən İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyik".
Publika.az xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi dünayəndəsi Nikki Haley "Fox News" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Amerika İrana maliyyə ayıraraq belə münasibət sərgilədiyinə icazə verib:
"İran bu addımları ilə Suriyanı məhv etdi. İsraili təhdid etdikləri açıq-aydın ortadadır. İran Yaxın Şərqdə özünün müharibələrini başlatmaq istəyir. ABŞ bütün bunlara görə nüvə müqaviləsindən geri çəkildi. Biz İrana maddi dəstək verərək onun bütün pis davranışların davam etdirməsinə icazə verirdik. Amma bundan sonra belə davam etməyəcək. Yeni sanksiyalar tətbiq edəcəyik. Sanksiyalar birbaşa İran neftini hədəf alacaq. İran hələ indi əsl sanksiyaların nə demək olduğunu hiss edəcək. Hazırda İranda vəziyyət olduqca ağırdır. Onlar zəif vəziyyətdədirlər. Nə qədər ki, balistik raket problemini həll edib, terrora dəstək verməyi dayandırmayacaqlar, biz onları sıxışdıracağıq".
Nikki Haley kimyəvi silahdan istifadə məsələsində Suriya rejimi, Rusiya və İranı xəbərdar edərək səbrimizi sınamayın deyib: "ABŞ prezidenti Donald Tramp kimyəvi silah istifadəsinə dair məsələyə iki dəfə cavab verib. Bizi təkrar sınamayın, çünki şərtlər sizin əleyhinizədir".
Daha sonra Tramp rəhbərliyinin Fələstin Qurtuluş Təşkilatının Vaşinqton ofisinin bağlanması qərarına toxunan N.Haley danışıqlar masasına gəlməyə dəvət edib: "Əgər danışıqlar masasına gəlməsələr nə üçün Vaşinqtonda ofisləri olsun? Biz nə üçün fələstinlilərə maliyyəyə dəstəyi verək? Amma bu bizim sülh planı üzərində işimizə mane olmayacaq. Yeni bir yol seçirik və ümid edirik ki, danışıqlar masasına gələcəklər".
Könül
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?