Amerika ilə Çin arasında "ticarət müharibəsi" qızışır - 25 faiz əlavə gömrük vergisi gəlir
Bizi izləyin

ABŞ

Amerika ilə Çin arasında "ticarət müharibəsi" qızışır - 25 faiz əlavə gömrük vergisi gəlir

ABŞ prezidenti Donald Tramp Çindən idxal edilən 200 milyard dollar dəyərində məhsullara gömrük vergisi paketini aktivləşdirəcəyinə və 24 sentyabrdan etibarən 10 faiz gömrük vergisi tətbiq olunacağına dair açıqlama verib.

Publika.az xəbər verir ki, dünya mətbuatı Trampın açqlamalarının dünyanın ən böyük iki iqtisadi gücə malik dövləti arasında "ticarət müharibəsinin" böyüməsinə səbəb olacağı yazır. Çinin bu sanksiyalara qarşı cavab verməsi isə təxminən 267 milyard dollar dəyərində Çin qeydiyyatlı məhsula üçüncü tarif paketinin (sanksiya) qüvvəyə minəcəyi ehtimal edilir.

Ağ Evin verdiyi yazılı açıqlamaya görə, Tramp, ABŞ Ticarət Nümayəndəliyinə Çinə qarşı ikinci gömrük vergisi paketini həyata keçirmək tapşırığı verdiyini bildirib:



"Bu gün Çindən idxal edilən məhsullara qarşı əlavə tarifləri tətbiqinin başlanmasına göstəriş verdim. 24 sentyabrdan etibarən qüvvəyə minəcək və il sonuna qədər 10 faiz səviyyəsində qalacaq. 1 yanvar 2019-cu ildən isə faiz artaraq 25-ə yüksələcək."

Tramp rəhbərliyinin tətbiq etdiyi əlavə gömrük vergisi iyulun 10-da açıqlanan Çin qeydiyyatlı 200 milyard dollar dəyərində olan 5 min fərqli məhsula (dəniz məhsulları, idman avadanlıqları, təbii və kimyəvi minerallar,tərəvəz, meyvələr, tütün məmulatları, avtomobil və s.) şamil ediləcək. Sözügedən siyahıdakı məhsullara gömrük vergisinin tətbiqinə dair Çindən rəsmi münasibət bildirilməyib.

Xatırladaq ki, iqtisadi cəhətdən dünya ölkələri arasında lider hesab edilən iki ölkə (Çin-Amerika) arasındakı "ticarət müharibəsi" Tramp rəhbərliyinin 23 mart tarixində idxal edilən polad və alüminium məhsullarına müvafiq olaraq 25 və 10 faiz əlavə gömrük vergisinin tətbiq edilməsi ilə başlanmışdı. Çin isə qarşılığında ABŞ-dan idxal edilən 50 milyard dollar məbləğindəki 659 məhsula 25 faiz gömrük vergisi tətbiq etməyə başlamışdı.

ABŞ Ticarət Nazirliyinin rəsmi məlumatlarına görə, ötən il Çindən idxal edilən bütün malların ümumi dəyəri təxminən 505,5 milyard dollar təşkil edib. Bu ilin ilk yarısında Çindən idxal edilən məhsulların ümumi dəyəri isə 250 milyard dollar dəyərindədir.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm