“Uzunmüddətli perspektivdə...” - Pompeo ABŞ üçün ən böyük təhdidi ELAN ETDİ
Bizi izləyin

ABŞ

“Uzunmüddətli perspektivdə...” - Pompeo ABŞ üçün ən böyük təhdidi ELAN ETDİ

ABŞ Çini özü üçün ən böyük təhlükə hesab edir, nəinki Rusiyanı.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo “Fox News” telekanalına müsahibəsində bildirib.

“Rusiya özünü təcavüzkar aparır. Rusiya bizim seçkilərimizə müdaxilə etməyə çalışır. Rusiya Vladimir Putinin rəhbərliyi altında davakar olaraq qalır. Biz qarşılıq verməli və onları saxlamalıyıq. Amma amerikalıların həyat tərzinə uzunmüddətli perspektivdə təhlükələrə baxsaq, Çin ABŞ üçün ən böyük təhlükədir və Amerikanın iqtisadi artımının davamı üçün risklər yaradır”, - dövlət katibi əlavə edib.

Daha əvvəl “Fox News” bildirib ki, ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) kibertəhlükəsizlik üzrə özünün yeni strategiyasında əsas təhdidlər siyahısına Rusiya və Çini daxil edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm