Tramp dünyaya mesaj verdi
Bizi izləyin

ABŞ

Tramp dünyaya mesaj verdi

Tramp BMT tribunasından dünyaya ABŞ-ın dünya dövlətlərinin dərdini çəkməyəcəyi, kimsəyə pul verməyəcəyi, vergi güzəştlərinin olmayacağı, borcu olanlardan pulu zorla alacağı ilə bağlı mesaj verdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, ABŞ Prezidenti Donald Tramp BMT-dəki uzun çıxışında seçkiqabağı şüarını təkrarlayırdı:

"Birinci növbədə Amerika!” Trampın çıxışından bəlli oldu ki, ABŞ-ın dostları azdır. Dostlar siyahısında İsrail, Polşa, Səudiyyə Ərəbistanı və İordaniyanın adı çəkildi.

Trampın başqaları ilə hesabı var - Almaniya da o siyahıdadır.

Tramp İordaniyanın Suriyadan milyonlarla qaçqın qəbul etdiyini deyərək Türkiyənin adını çəkmədi. Halbuki, Türkiyə İordinayadan çox suriyalı qaçqın qəbul edib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm