ABŞ üçün əsas təhdidlər SIRALANDI: Rusiya, Çin və…
Bizi izləyin

ABŞ

ABŞ üçün əsas təhdidlər SIRALANDI: Rusiya, Çin və…

Birləşmiş Ştatların təhlükəsizliyinə ən böyük təhlükə Rusiyanın nüvə silahıdır.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Virciniya Hərbi İnstitutunda çıxışında ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib.

“Əgər xarici təhlükələrə baxsaq, birinci yerdə Rusiyanın nüvə təhdidi, daha sonra isə Çin və Şimali Koreya gəlir. Nüvə təhlükəsi haqqında çox danışmırlar. Amma bu, real təhlükədir və onun öhdəsindən gəlmək üçün tədbirlər görmək lazım olur. Təmkinli olmaq lazımdır, çünki nüvə müharibəsini udmaq mümkün deyil, ona görə də heç bir halda bu müharibəyə başlamaq olmaz”, - Pentaqonun başçısı qeyd edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm