Milyonlarla insana göndərilən HƏYƏCAN MESAJI - ABŞ TƏŞVİŞDƏ
Bizi izləyin

ABŞ

Milyonlarla insana göndərilən HƏYƏCAN MESAJI - ABŞ TƏŞVİŞDƏ

ABŞ Federal Fövqaladə Hallar Agentliyi, ölkədə mümkün nüvə hücumu zamanı istifadə ediləcək "Həyəcan mesajı" xəbərdarlıq sistemini test etmək məqasədilə milyonlarla vətəndaşa mesaj göndərib.

Publika.az
xəbər verir ki, Agentlik Milli Kabelsiz Fövqəladə Hal Sistemi çərçivəsində Kaliforniya vaxtı ilə saat 11.18-də test məqsədli 225 milyon cihaza bu mesajı göndərib. Mesajda "Prezident həyəcanı. Milli Kabelsiz Fövqaladə Hal Sistemi. Bu bir test mesajıdır. Hər hansı bir şey etməyinizə ehtiyac yoxdur" ifadələri yer alıb.

Milli miqyasda həyata keçirilən ilk test xəbərdarlıq mesajı ölkə miqyasında baza stansiyalara 30 dəqiqə ərzində çatdırılıb. Sistem səssiz və ya "pilot" rejimdə olan cihazlara da səsli və ya görüntülü şəkildə xəbərdarlıq etmək üçün proqramlaşdırılıb. Sistemdən yalnız nüvə hücumu və fövqaladə hallar zamanı istifadə ediləcək.

Agentlik test mesajlarının proqnazlaşdırdıqları zamanda vətəndaşlara çatdığını təsdiqləyib və bu sınaq testinin uğurlu keçdiyini bildirib. Belə ki, test mesajı 30 dəqiqə ərzində ölkədə istifadə edilən mobil cihazların 75-80 faizinə heç bir problemsiz göndərilə bilib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm