Bu ölkə 1968-ci ildə nüvə silahı ilə bombalanmalı idi – ABŞ-ın qorxunc planı ORTAYA ÇIXDI
Bizi izləyin

ABŞ

Bu ölkə 1968-ci ildə nüvə silahı ilə bombalanmalı idi – ABŞ-ın qorxunc planı ORTAYA ÇIXDI

Vyetnamda müharibənin qızğın vaxtında – 1968-ci ildə Amerika hərbçiləri nüvə silahının köməyi ilə ölkənin şimalındakı güclərə hücüm etməyi planlaşdırırdılar.

Publika.az xəbər verir ki, bu haqda məxfilikdən çıxarılmış arxiv sənədlərinə istinadən “New York Times” qəzeti bildirib.

Sənədlərə əsasən, 1968-ci ildə Vyetnamda Amerika qoşunlarının baş komandan Uilyam Uestmorlendin rəhbərliyi altında “Fracture Jaw” ("Çənənin sındırılması") kod adı ilə əməliyyat planı hazırlanıb. Plan Şimali Vyetnama qarşı hücum üçün Cənubi Vyetnama nüvə silahının göndərilməsini nəzərdə tuturdu.

ABŞ prezidentinin təhlükəsizlik üzrə məsləhətçisi Uolt Rostou hazırlanan plan haqqında prezident Lindon Consona məlumat verib. Amerika prezidenti əməliyyat planının ləğvi barədə göstəriş verib.

Arxiv sənədlərinə görə, Lindon Conson qorxurdu ki, Vyetnamda müharibə Çinin də daxil olacağı genişmiqyaslı münaqişəyə keçə bilər.

“Conson heç vaxt öz generallarına etibar etmirdi. O general Uestmorlendə dərin hörmət edirdi, amma istəmirdi ki, onun generalları müharibənin gedişatını idarə etsinlər”, - ABŞ-ın 36-cı prezidentinin kiçik katibi Tom Conson vurğulayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm