Pompeo Pxenyana səfər etdi
Bizi izləyin

ABŞ

Pompeo Pxenyana səfər etdi

ABŞ-ın dövlət katibi Mayk Pompeo Şimali Koreya lideri Kim Çen Inla görüş üçün yenidən Pxenyana səfər edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, səfərin əsas hədəfi ABŞ-Koreya Xalq Demokratik Respublikası liderlərinin ikinci sammitinə hazırlıqdır.

Pompeonun səfərinin nəticəsini qabaqcadan düşünən ABŞ prezidenti Donald Tramp onun Şimali Koreya lideri ilə ikinci görüşünün çox yaxın vaxtda keçiriləcəyini elan edib. Pompeonun özü isə bazar günü ölkə liderlərinin ikinci görüşünün yeri və tarixi haqqında razılaşmanı əldə edəcəyinə şübhə ilə yanaşır.

Qeyd edək ki, liderlər arasında birinci görüş Sinqapurda iyunun 12-də keçirilib. Görüşdə Koreya yarımadasının denuklearizasiyası haqqında razılıq əldə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm