Kondoliza Rays Rusiyanı dayandırmağın YOLUNU AÇIQLADI
Bizi izləyin

ABŞ

Kondoliza Rays Rusiyanı dayandırmağın YOLUNU AÇIQLADI

ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays Rusiyanı “bütün mümkün qırmızı xətləri keçməkdə” ittiham edib və onu dayandırmağın üsulunu göstərib.

Publika.az xəbər verir ki, siyasətçi öz fikirlərini Ukraynanın “Novaya vremya” nəşrinə müsahibəsində bölüşüb.

Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq zabiti Sergey Skripalın zəhərlənməsi hadisəsi və Ukraynaya qarşı təcavüzü yada salan Amerika diplomatiyasının keçmiş rəhbərinin sözlərinə görə, Rusiya “qırmızı xət”lərı artıq çoxdan keçib.

“Mən hesab edirəm ki, bu sərhədlər artıq keçilib. Xoşbəxtlikdən, biz Avropadan olan müttəfiqlərimizlə Rusiyaya qarşı birgə sanksiyalar haqqında razılaşa bildik və mən düşünürəm ki, onları davam etdirmək lazımdır”, - Rays deyib.

Bundan başqa, sabiq dövlət katibi qeyd edib ki, Moskvanın dayandırılması üçün Qərb, xüsusən ABŞ tərəfindən Ukrayna ordusunun dəstəklənməsi lazımdır:

“Bu planda Ukrayna hərbçilərinin silahlandırılmasını, Polşada və Baltikyanı ölkələrdə NATO-nun yaxşı silahlanmış batalyonlarının yerləşdirilməsini dəstəkləyirəm. Rusiya hakimiyyəti artıq bütün mümkün qırmızı xətləri keçdi və adekvat cavaba layiqdirlər”, - siyasətçi yekunlaşdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm