Tramp onu CİDDİ TƏHLÜKƏ hesab edir
Bizi izləyin

ABŞ

Tramp onu CİDDİ TƏHLÜKƏ hesab edir

"Prezident olaraq bu gün məni narahat edən və tutduğum mövqeyə ciddi təhlükə hesab etdiyim Federal Ehtiyatlar Sistemidir (FES)".

Publika.az lenta.ru nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Fox Business" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, FES onun yürütdüyü siyasi strategiya ilə tərs addımlar atır: "Bu gün siyasətimə, planlarıma zidd addımlar ataraq mənə ən böyük təhlükə yaradan FES-dir. Onlar davamlı olaraq faizləri qaldırır. Tamamilə müstəqil davranırlar. Hətta Rusiyanın 2016-cı ildə ölkədə keçirilən prezident seçkilərinə müdaxilə etdiyinə dair iddiaları araşdıran xüsusi prokuror Robert Müller belə məni bu qədər təhlükə qarşısında qoymamışdı".

Tramp son olaraq FES-in özbaşına atdığı addımlardan narazı olduğunu desə də, tənzimləyici postlara təyin etdiyi yeni məmurlardan razılıq etdiyini bildirib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm