Gözəllik müsabiqəsinin qalibi yolda faciəvi şəkildə öldü - ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

ABŞ

Gözəllik müsabiqəsinin qalibi yolda faciəvi şəkildə öldü - ŞOK TƏFƏRRÜAT

Los-Ancelesdə gözəllik müsabiqəsinin qalibi, 30 yaşlı Yana Lavrentyeva qəza nəticəsində həyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə "Sun" qəzeti məlumat yayıb. Mənbənin yazdığına görə, qəza ötən həftə baş verib. İşıqforun yaşıl işığında yolu keçərkən ayaqqabısında narahatlıq hiss edən Yana piyada zolağında dayanıb və bu zaman maşın onu vurub. Model ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Polis faktla bağlı araşdırma aparır.

Los-Ancelesdə yaşayan rusəsilli modelin iki azyaşlı övladı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm