Trampın Çinlə bağlı planı MƏLUM OLDU
Bizi izləyin

ABŞ

Trampın Çinlə bağlı planı MƏLUM OLDU

Amerika lideri Donald Tramp Çin mallarına gömrük rüsumlarını yumşaltmaq niyyətində deyil.

Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Axios” nəşri bildirib.

“O istəyir ki, Çin daha çox əziyyət çəksin”, - mənbələrdən biri qeyd edib.

Nəşrin yazdığına görə, Tramp hesab edir ki, Çin mallarına gömrük rüsumları nə qədər uzun müddətə qüvvədə olarsa, Pekinə qarşı daha çox təzyiq alətini əldə edəcək. Ağ Evin başçısı daha əvvəl bildirib ki, Pekin ticarət məsələləri üzrə razılığa getməsə, ABŞ Çin iqtisadiyyatına daha çox zərər vura bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm