Pentaqon Ər-Riyada qarşı sanksiyaları ELAN ETDİ
Bizi izləyin

ABŞ

Pentaqon Ər-Riyada qarşı sanksiyaları ELAN ETDİ

ABŞ-ın dövlət katibi Mayk Pompeo artıq səudiyyə jurnalisti Camal Qaqşıqçının həlak olması ilə əlaqədar bir neçə vizanı ləğv edib və “əlavə ölçülər”ə təşəbbüs ediləcək.

Publika.az “Assoşieyted Press” agentliyinə istinadəın xəbər verir ki, bu haqda ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib.

Daha əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert bildirib ki, səudiyyə jurnalistinin ölümü ilə əlaqədar Səudiyyə Ərəbistanının 21 vətəndaşının ABŞ ərazisinə girişi qadağan ediləcək.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına gəlib və bundan sonra itkin düşüb.

Səudiyyə Ərəbistanı hökuməti Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanının 18 vətəndaşı saxlanılıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm