ABŞ
Rusiya ilə nüvə müharibəsinə hazırlıq başladı - “QLOBAL FIRTINA”
ABŞ ordusu “Qlobal fırtına” adlı növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi saytında deyilir.
Müdafiə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, genişmiqyaslı təlimlər Şimali Atlantika İttifaqının tərkibinə daxil olan ölkəyə və başqa dövlətlərə potensial rəqibin hücumlarını aşkarlamağa və qarşısını almağa yönəlib. Qeyd edilir ki, təlimlər zamanı xüsusi diqqət raket əleyhinə müdafiə sistemlərinə ayırılacaq.
Genişmiqyaslı təlimlərdə ABŞ-dan başqa, Böyük Britaniya, Kanada, Avstraliya, Danimarka və Cənubi Koreya iştirak edəcək.
ABŞ-ın Strateji komandanlığının başçısı Con Hayten təlimlərin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, mövcud geosiyasi vəziyyət ABŞ və müttəfiqlərinin koordinasiyalı hərəkətini diktə edir. General qeyd edib ki, yalnız bununla Qərb dünyasının üzərində yellənən təhlükəni neytrallaşdırma olar.
Rusiyanın “Pravda” nəşri isə sözügedən təlimləri ABŞ və müttəfiqlərin Rusiya ilə nüvə müharibəsi üzrə təlimlər kimi xarakterizə edib.
Xatırladaq ki, bu yaxınlarda NATO-ya daxil olan ölkələr Rusiya sərhədlərinin bilavasitə yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçiriblər.
Ömər
-
Magazin221:45"Kurtlar Vadisi"nin ssenaristləri polisə çağırıldı
-
Magazin119:51Komaya düşən Əməkdar artistin vəziyyəti ağırlaşdı
-
Hadisə17:17Mingəçevirdəki dəhşətli yanğın belə söndürüldü - VİDEO
-
Sosial16:17Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - VİDEO
-
Hadisə15:46Sosial şəbəkələrdə pornoqrafik xarakterli video yayanlar saxlanıldı
-
Avropa14:58Limanda əməliyyat - 350 kq kokain aşkarlandı(FOTO)
-
Magazin214:14Qocalmaq bilməyən Monika Belluççi yeni reklamda - FOTO
-
İdman14:03Bakıda yeni futbol klubu yaradıldı





































