ABŞ
Kaliforniyada ATIŞMA: 13 ölü, 12 yaralı - FOTO/VİDEO (YENİLƏNDİ)
Çərşənbə günü Sauzend-Oaks (Los-Ancelesin şəhərətrafı) şəhərində barda baş verən atışmada 13 nəfər həlak olub.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda mətbuat konfransında yerli polis şefi Ceff Din bildirib.
Onun sözlərinə görə, təxminən 10-12 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Qeyd edilir ki, naməlum silahlı “Borderline Bar and Grill” barına daxil olaraq oradakı insanlara təxminən 30 atəş açıb. Cinayətkar daha sonra gizlənib. Hadisə vaxtı barda yüzə qədər insan olub. Məlumata görə, orada tələbələrin əyləncə gecəsi keçirilirdi.
***
ABŞ-ın Kaliforniya ştatının Sauzend-Oaks şəhərində barda atışma baş verib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, naməlum şəxslər barda insanlara atəş açıblar.
KİV-in məlumatına görə, 6 nəfər zərər çəkib, qurbanlar var. Amma onların sayı açıqlanmayıb. Ən azı 30 dəfə atəş açıldığı bildirilir.
Polis insanları hadisə yerindən uzaq durmağa çağırıb. Hazırda hüquq-mühafizə orqanları və xilasedicilər hadisə yerində işləyirlər. İndiyə qədər hücum edənlər saxlanılmayıb.
Ömər
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO