Tramp şəhid əsgərlərin anım mərasiminə getmədi - YAĞIŞA GÖRƏ
Bizi izləyin

ABŞ

Tramp şəhid əsgərlərin anım mərasiminə getmədi - YAĞIŞA GÖRƏ

ABŞ prezidenti Donald Tramp I Dünya Müharibəsində həlak olan və Fransada dəfn edilən amerikalı əsgərlərin anım mərasiminə qatılmayıb.

Publika.az xəbər verir ki, ABŞ prezidenti havanın yağışlı olmasını bəhanə edib.

Bu barədə rəsmi açıqlama Ağ Evdən verilib. Prezidentin bu davranışı sosial mediada tənqid atəşinə tutulub. Bəzi amerikalılar prezidenti “heysiyyətsiz” adlandırıb. Trampın ABŞ kimi mükəmməl bir ölkəni təmsil edə bilmədiyini deyən Britaniya Parlamentinin üzvü Nikolas Soames hadisəni tənqid edərək prezidentin ünvanına “Yazıq, paltarsız Donald Tramp müharibədə ölənlərə sayğısını göstərmək üçün hava şəraitinə belə qarşı gələ bilmir” sözlərini deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Tramp ilə birlikdə I Dünya Müharibəsinin bitməsinin 100-cü ildönümü ilə əlaqədar Parisdə təşkil edilən anma məraisiminə qatılmaq üçün Fransada gedib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm