ABŞ-da yaşayan türklər AYAĞA QALXDI
Bizi izləyin

ABŞ

ABŞ-da yaşayan türklər AYAĞA QALXDI

ABŞ-da yaşayan yüzlərlə uyğur türkü Konqresin binası önündə mitinq keçirib.

Publika.az xəbər verir ki, türklər Çin hökumətini protest edib.

Əvvəlcə Ağ Evin qarşısında toplaşan etirazçılar Konqres binasına qədər olan 4 kilometrlik yolu polisin təhlükəsizlik tədbriləri altında qət ediblər.

Çin hökumətinə qarşı şüarlar səsləndirən türklərə ABŞ-ın müxtəlif müsəlman təşkilatları da dəstək verib. Etirazçılar Çin hakimiyyətinin uyğur türklərini təzyiq altında saxladığını bildirib və hər zaman onların səsi olacaqlarına söz veriblər.

Dünyanın bir çox ölkəsində Çinin uyğur türklərinə qarşı tətbiq etdiyi təzyiqlərə görə etiraz aksiyaları təşkil edilir. İnsan Haqları Müşahidə Təşkilatının (HRW) hesabatına görə, son iki ildə Sincan Uyğur Muxtar bölgəsində çox sayda insan günahsız yerə həbs edilir. Siyasi baxımdan təhlükəli olduğu iddia edilən şəxslər isə hər hansı məhkəmə qərarı olmadan “Siyasi təlim mərkəzləri” adlanan həbsxanalara göndərilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm