ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi
Bizi izləyin

ABŞ

ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi

Dövlət Departamenti Amerika vətəndaşlarının birbaşa maliyyə tranzaksiyaları aparmasını qadağan edən hüquqi şəxslər siyahısına 26 yeni təşkilatın adını əlavə edib.

Publika.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, siyahıya "Kuba silahlı qüvvələrinə məxsus" 16 otel daxil edilib.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton yaxın günlərdə Kubaya qarşı yeni sanksiyalar tətbiq olunacağını bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm