ABŞ PYD ilə bağlı gerçəyi ETİRAF ETDİ: "Türkiyə olmasaydı..."
Bizi izləyin

ABŞ

ABŞ PYD ilə bağlı gerçəyi ETİRAF ETDİ: "Türkiyə olmasaydı..."

ABŞ-ın Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Ceyms Cefri ölkəsinin Suriyada əməkdaşlıq etdiyi PYD terror təşkilatının PKK-nın həmin bölgədəki qolu olduğunu etiraf edib.

Publika.az xəbər verir ki, Cefri ABŞ-ın PYD-ni terror təşkilatı kimi tanımadığını söyləyib.

"Defense One" media qurumuna müsahibə verən xüsusi nümayəndənin Suriya kontekstində həm Türkiyə, həm də YPG/PKK ilə paralel şəkildə əməkdaşlıq etməyə dair açıqlamaları xüsusi diqqət çəkib.

Cefri bildirib ki, Türkiyənin “Azad Suriya Ordusu” adından istifdə edən YPG-ni PKK-nın qolu olaraq tanıması Suriyada həm Türkiyə, həm də təşkilatla birgə işləməyi çox çətinləşdirir.

“Türkiyənin faydası, əməkdaşlığı və koordinasiyası olmasaydı, Suriyada bu gün gördüyümüz işləri görə bilməzdik. Ancaq yerli bir ortaq olmadan da ölkənin şimal-şərqində yerləşə bilməzdik. Ən əsası, hələ də varlığını qoruyan İŞİD terror təşkilatına qarşı mübarizə aparmaq mümkünsüz olardı”,- Cefri qeyd edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm