Səudiyyə Ərəbistanına ŞOK - Qaşıqçıya görə bütün silahlardan məhrum olur
Bizi izləyin

ABŞ

Səudiyyə Ərəbistanına ŞOK - Qaşıqçıya görə bütün silahlardan məhrum olur

ABŞ Senatı ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinə görə Səudiyyə Ərəbistanına silah satışının dayandırılması da daxil olmaqla, bir neçə sanksiya tətbiq etmək üçün qanun layihəsi hazırlayır.

Publika.az xəbər verir ki, qanun layihəsi Nyu Cersi ştatının senatoru Bob Menendez ilə İndiana senatoru Todd Yunqun başçılığı ilə hazırlanır.

Layihə ilə bağlı açıqlama verən B.Menendez ABŞ hökumətinin Qaşıqçı cinayəti ilə bağlı 17 səudiyyəli şəxsə tətbiq etdiyi sanksiyanın kifayət etmədiyini bildirib: “Qaşıqçı cinayəti il bağlı şəffaf və qəbul edilə biləcək bir istintaq aparılmalıdır. Bu layihə ilə Konqres insan haqlarına olan hörmətini və dəyərini ortaya qoyacaq”,

Adıçəkilən qanun layihəsi ABŞ-ın Səudiyyə Ərəbistanına satdığı hücum məqsədli bütün silahların satışını dayandıracaq. Bu silahlara bombalar, raketlər, qırıcılar, tanklar və silahlı avtomobillər daxildir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm