Bir qəsəbə yer üzündən SİLİNDİ - Tramp oraya "Zövq qəsəbəsi" dedi - - FOTO
Bizi izləyin

ABŞ

Bir qəsəbə yer üzündən SİLİNDİ - Tramp oraya "Zövq qəsəbəsi" dedi - - FOTO

ABŞ-ın Kaliforniya ştatında son yüzilin ən ölümcül faciəsi kimi tarixə düşən meşə yanğınları nəticəsində ölənlərin sayı 77-yə, itkin düşənlərin isə 1300-ə çatıb.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yanğının təsirinə məruz qalan bölgələri ziyarət edib.

Prezident yanğının xəritədən sildiyi Paradise “Cənnət” qəsəbəsinin adını səhvən Pleasure (Zövq) kimi tələffüz edib: “Faciəni gerçəkdən də görə bilmirsiniz. Nə qədər böyük televizordan baxsanız da, buraya gəlmədən anlamırsınız. "Pleasure" necə addır amma...” Prezident daha sonra yanlışlığı düzəldərək “Paradisedə gördüyümüz qəbuledilməzdir” deyib.

Qeyd edək ki, noyabrın 8-dən bəri davam edən yanğında evi zərər görən, tamamilə yanan və fövqəladə hal səbəbilə evini tərk etmək məcburiyyətində qalan bir çox məşhur şəxslər var. Onlar arasında aktyor Skott Baio, rejissor Qilermo del Toro, televiziya ulduzu Kim Kardaşyan, aktyor Alisa Milano və Reyn Vilson yer alıb.

Xatırladaq ki, Donald Tramp yaxın keçmişdə fırtına və selin ciddi zərər vurduğu Cənubi Karolina ştatına səfəri zamanı da ifadələri ilə gündəm olmuşdu. O, qasırğanın evlərini dağıtdığı sakinlərə yemək paylanarkən “gözəl günün keyfini çıxarın”, “keyfli bir gün keçirin” kimi sözlər demişdi. Fırtınanın bir evin arxa bağçasına vurub atdığı lüks yaxtanı görən prezident həmin bağçanın sahibinə “Bu yaxta sənindirmi? Durduğun yerdə lüks bir yaxta sahibi oldun” zarafatını etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm