Tramp Meksikayla sərhədi bağlamaqla hədələdi
Bizi izləyin

ABŞ

Tramp Meksikayla sərhədi bağlamaqla hədələdi

ABŞ prezidenti Donald Tramp zəruri olduqda qeyri-leqal miqrantlarla mübarizə üçün Meksikayla sərhədi bağlamaqla hədələyib.

Publika.az xəbər verir ki, Tramp bu haqda Tvitter hesabında yazıb.

“Əgər hansısa səbəblərdən lazım olsa, biz cənub sərhədimizi bağlayacağıq. Mühacirət qanunlarının onillik pozuntularından sonra Birləşmiş Ştatlar bu bədxərc və təhlükəli vəziyyətlə daha barışa bilməyəcək!”, - Tramp qeyd edib.

Tramp təkrarlayıb ki, ABŞ-a yalnız qaçqın statusunun alınması hüququna malik olanları buraxacaqlar. Prezident əlavə edib ki, digərləri Meksikada qalacaq.

Qeyd edək ki, hazırda Mərkəzi Amerikanın ən kasıb ölkələri olan Qvatemala, Honduras və Salvadordan minlərlə insan ABŞ-a keçmək üçün Meksikada gözləyirlər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm