Tramp Putinlə görüşü niyə ləğv etdi? – SENSASİYALI İDDİA
Bizi izləyin

ABŞ

Tramp Putinlə görüşü niyə ləğv etdi? – SENSASİYALI İDDİA

ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə Argentinada nəzərdə tutulan görüşü ləğv edə biləcəyi barədə bəyanatı Amerika liderinə təzyiqlərin olduğunu göstərir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “CIS-EMO” beynəlxalq monitorinq təşkilatının siyasi analitiki Stanislav Bışok bildrib.

Ekspert qeyd edib ki, Tramp Kerç boğazı ətrafında baş verən son hadisəyə dərhal reaksiya vermədi, çünki şəxsən Buenos-Ayresdə Putinlə görüşə köklənmişdi. Bışokun sözlərinə görə, ancaq Amerika lideri daha sonra isteblişmentin tələblərinə güzəştə getdi.

“Mümkündür ki, nəsə güzəştli olacaq: məsələn, on dəqiqə danışacaqlar, çəkiləcək. Yəni, heç bir fikir mübadiləsi olmayacağını gözləmək olmaz”, - analitik bildirib.

Daha əvvəl Tramp “Vaşinqton Post” nəşrinə bildirib ki, Kerç boğazındakı vəziyyətə görə G20 sammitində Putinlə planlaşdırılan görüşü ləğv edə bilər. Amerika lideri əlavə edib ki, hadisə haqqında tam hesabatı yaxın vaxtlarda xüsusi xidmət orqanlarından gözləyir.

Qeyd edək ki, ötən gün keçirdiyi mətbuat konfransında Ağ Evin sözçüsü Sara Sanders Trampın Putinlə görüşünün planlaşdırıldığını açıqlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm