CNN BMT-də çıxış edən şərhçisini İŞDƏN QOVDU - ŞOK SƏBƏB
Bizi izləyin

ABŞ

CNN BMT-də çıxış edən şərhçisini İŞDƏN QOVDU - ŞOK SƏBƏB

ABŞ-ın CNN telekanalı şərhçisi Mark Lemont Hilli işdən qovub.

Publika.az xəbər verir ki, buna səbəb şərhçinin Fələstinə səfər etməsi və daha sonra Birləşmiş Millətlər Təşkilatında bu ölkə ilə bağlı çıxışı olub.

Bu barədə kanalın mətbuat departamentindən açıqlama verilib.

BMT-də etdiyi çıxışda Fələstin xalqının gündəlik həyatda çəkdiyi əziyyətləri dilə gətirən Mark Lemont “Çaydan dənizə azad Fələstin” ifadələrini demişdi. İsrail tərəfdarları isə CNN-ə və şərhçinin digər iş yeri olan Templ Universitetinə təzyiq edərək onun işdən qovulmasını tələb etmişdi.

Lakin universitet “Lemant Hillin BMT-də verdiyi açıqlama sadəcə özünü maraqlandırır. Bir vətəndaş olaraq o, fikir söyləməkdə azaddır və onun bu hüququ konsitutsiya ilə qorunmaqdadır” açıqlamasını verib və işçisinə sahib çıxıb.

Televiziya şərhçisi daha sonra sosial media hesabından açıqlama verib: “Fələstinin azadlığını dəstəkləyirəm. Onların özlərinə aid qərarlarını özlərinin verməsini dəstəkləyirəm. İsrailin siyasətinə şiddətlə qarşı çıxıram. Yəhudilərin öldürülməsini, onlara qarşı çıxılmasını dəstəkləmirəm. Bütün həyatımı bunlarla savaşaraq keçirdim”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm