Alyaskada güclü zəlzələ dağıntılara səbəb oldu - SON GÖRÜNTÜLƏR
Bizi izləyin

ABŞ

Alyaskada güclü zəlzələ dağıntılara səbəb oldu - SON GÖRÜNTÜLƏR

ABŞ-ın Alyaska ştatının Ankoric şəhərində 7,1 maqnituda gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, Kenay yarımadası və Kuk körfəzinə yaxın ərazilərdə sunami təhlükəsi elan olunub. Yerli sakinlərdən baş verə biləcək sunaminin nəticələrindən qorunmaq üçün evləri tərk edərək daha hündür yerlərdə mövqe tutmaları xahiş olunub.

Ştat qubernatoru Bill Uoker "Twitter" mikrobloqunda Alyaskada fövqəladə vəziyyət elan etdiyini yazıb. Yerli polis şəhərdə yerli infrastruktura ziyan dəydiyini xəbər verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm