5 dekabr ABŞ-da matəm günü olacaq
Bizi izləyin

ABŞ

5 dekabr ABŞ-da matəm günü olacaq

ABŞ prezidenti Donald Tramp ölkənin 41-ci prezidenti Corc Buşun (böyük) vəfat etməsi ilə əlaqədar dekabrın 5-ni matəm günü elan edəcək.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

S.Sanders deyib: "Prezident çərşənbə gününü - 5 dekabr - milli matəm günü elan edəcək".

Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Corc Buş (böyük) dekabrın 1-i vəfat edib. 94 yaşında dünyasını dəyişən siyasətçi 1989-1993-cü illərdə ABŞ prezidenti olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm