ABŞ konsulluğu qarşısında partlayış
Bizi izləyin

ABŞ

ABŞ konsulluğu qarşısında partlayış

ABŞ-ın Meksikanın Qvadalaxara şəhərindəki konsulluğunun binası qarşısında partlayış törədilib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə regionun Baş Prokurorluğu özünün "Twitter" səhifəsində məlumat yayıb.

Məlumatda partlayış zamanı xəsarət alanların olub-olmaması barədə xəbər verilmir. Qeyd edilir ki, hüquq-mühafizə orqanları faktla bağlı təhqiqat aparır.

"Televisa" telekanalının məlumatına görə, naməlum şəxs partlayıcı qurğunu binaya tərəf atıb və bundan sonra qaçaraq gizlənib. Partlayış zamanı binaya cüzi zərər dəyib.

Qeyri-rəsmi məlumata görə, hadisə yerindən qumbara qəlpələri tapılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm