Putin 2019-cu ilin yayında Tramp ilə görüşə bilər
Bizi izləyin

ABŞ

Putin 2019-cu ilin yayında Tramp ilə görüşə bilər

Rusiya prezidenti Vladimir Putin 2019-cu ilin iyununda keçiriləcək G20 sammitində amerikalı həmkarı Donald Tramp ilə görüşə bilər.

“Report” xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov"Rusiya 1" telekanalına müsahibəsində deyib.

"Əgər beynəlxalq forumlardan danışsaq, onda iyun ayında G20çərçivəsində ola bilər. Ancaq mənə elə gəlir ki, biz və həmkarlarımız üçün bunadək görüşməkdən ötrü variant tapmaq çox vacibdir", - deyə Uşakov bildirib.

"Böyük iyirmilik" sammiti 2019-cu ildə Yaponiyada keçiriləcək.

Bundan əvvəl Donald Tramp rusiyalı həmkarı ilə vaxtı gələndə görüşəcəyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm