• USD 1,7000 0,00% EUR 2,0009 -0,24%
    • GBP 2,3392 +0,32% RUB 0,0231 +0,43%

Bu faktor dünya savaşının... - ŞƏRH

  • ABŞ
  • 6 Dekabr 2018 08:44
  • 666 Baxış
Bu faktor dünya savaşının... - ŞƏRH

Rusiyanın ekspert dairələri düşünür ki, Moskva ilə Vaşinqton arasında qlobal qarşıdurma riski yaxın bir neçə il ərzində artacaq. Bu risk 3 mümkün ssenari üzrə dəyərləndirilir: 1.Kibertəhlükə və ona hərbi vasitələrlə mümkün reaksiya 2. Qızğın silahlanma 3. Suriya və ya Qara dəniz regionunda hərbi aktivlik.

Məsələni Publika.az-a şərh edən siyasi şərhçi Elçin Mirzəbəyli qeyd edir ki, bu 3 ssenaridə ən çox reallıq payı Suriya və Qara dəniz ərazilərindəki gərginlik vasitəsilə qarşıdurmanın qızğınlaşmasındadır.

Onun sözlərinə görə, hər üç fakt kifayət qədər ciddi xarakter daşıyır:

"Amma sonuncu amil xüsusi əhəmiyyət kəsb edir. Çünki, hazırda savaş Qara dəniz bölgəsində gedir. Bu ərazi sərhədlərinə yaxın olduğuna görə Rusiya üçün prioritet təşkil edir. Bu aspektdən yanaşdıqda, Qara dəniz bölgəsində vəziyyətin gərginləşməsi məsələsi hər zaman gündəmdə var. Kerç boğazında Rusiya donanması ilə Ukrayna hərbi gəmiləri arasında yaşanan son gərginlikdən sonra üçüncü ssenarinin daha qabarıq olduğu bir daha nəzərə çarpdı. Amma prosesin bütövlükdə çox ciddi müstəviyə qədəm qoyacağı da inandırıcı deyil. Çünki ortalıqda hər iki tərəfi geri çəkən faktor var. Bu da nüvə silahıdır. Hər iki dövlət nüvə arsenalına malik olan dövlətdir. Bu baxımdan, güman olunur ki, bu amil gərginliyin daha artıq dislokasiyasına imkan verməyəcək”.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR