2019-2041-ci illərdə... – ABŞ-dan Rusiyaya qarşı HƏMLƏ
Bizi izləyin

ABŞ

2019-2041-ci illərdə... – ABŞ-dan Rusiyaya qarşı HƏMLƏ

ABŞ-ın nüvə təhlükəsizliyi üzrə milli idarəsi “W78” istilik-nüvə döyüş başlığının müasirləşdirilməsi proqramını yeniləməyə hazırlaşır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqdaABŞ-ın Hesablama Palatasının hesabatında deyilir.

Layihə 2014-cü ildə, xüsusi halda, büdcə məhdudiyyətlərinə görə dayandırılmışdı. Ancaq hazırda onun yenilənməsi ABŞ-ın nüvə arsenalının təhlükəsizliyini təmin etmək ehtiyacı ilə izah edilir. Ekspertlərin sözlərinə görə, ABŞ bu yolla hərbi sferada Rusiyanı üstələməyə çalışır.

Qeyd edilir ki, proqramın dəyəri 2019-cu ildən 2041-ci ilə qədər 10-15 milyard dollar təşkil edəcək.

Qeyd edək ki, hazırda “W78” ABŞ-ın Hərbi Hava Qüvvələrinin arsenalında olan “Minuteman-III” qitələrarası ballistik raketlərin döyüş başlıqlarının iki tipindən biridir. ABŞ-ın Müdafiə Nazirliyi həmçinin, sualtı gəmilərin ballistik raketlərində “W78” nüvə partlayıcı komponentindən istifadəsi məsələsinə baxır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm