• USD 1,7000 0,00% EUR 2,0193 +0,19%
    • GBP 2,3709 +0,14% RUB 0,0232 +0,43%

Qaşıqçının ölümdən əvvəl dediyi son sözləri dərc edildi - DƏHŞƏT

  • ABŞ
  • 10 Dekabr 2018 05:43
  • 2 499 Baxış
Qaşıqçının ölümdən əvvəl dediyi son sözləri dərc edildi - DƏHŞƏT

Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının ölüm qabağı dediyi son sözlər nəfəs ala bilməməsi olub.

Publika.az “Report”a istinadən xəbər verir ki, bu barədə bazar günü İstanbulda jurnalistin qətli zamanı qeydə alınan audioyazını dinləyən mənbəyə istinadən CNN telekanalı məlumat yayıb.

"Nəfəs ala bilmirəm", - deyə mənbə Qaşıqçının son sözlərini sitat gətirib.

Teleşirkətin məlumatına görə, audioyazıda jurnalistlə əlbəyaxa və sonradan onun meyitinin doğranması anının səs-küyünü boğmaq üçün xüsusi olaraq qoşulmuş musiqi səsi eşidilir.

Mənbənin sözlərinə görə, audioyazı onu göstərir ki, Qaşıqçının qatilləri müntəzəm olaraq telefonla zəng ediblər və baş verənləri məruzə ediblər.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR