ABŞ-dan Rusiyanı dəli EDƏCƏK İSRAİL TƏKLİFİ: Avropa...
Bizi izləyin

ABŞ

ABŞ-dan Rusiyanı dəli EDƏCƏK İSRAİL TƏKLİFİ: Avropa...

İsrail Avropaya təbii qaz nəql edə bilər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın energetika nazirinin köməkçisi Frensis Fennon deyib.

Avropanın enerji təhlükəsizliyi və Rusiyanın “Şimal axını-2” layihəsinə qarşı mübarizənin müzakirə edildiyi toplantıda danışan F.Fennon Avropanın Rusiya qazı yerinə İsrail qazından istifadə edə biləcəyini bildirib: “Avropaya səfərim əsnasında Şərqi Aralıq dənizinə getdim. Hazırda İsrailin təbii qazını Misir və İordaniyaya daşıyan boru xətti işləməyə başlayıb. Bu qaz potensial olaraq Avropaya nəql oluna bilər”.

Fennon “Şimal Axını-2”nin Avropanın təhlükəsizliyinə təhdid olduğunu dilə gətirib. Buna görə də bütün ölkələri bu layihədən çıxmağa səsləyib. O bildirib ki, “Şimal Axını-2” layihəsi Rusiyanın Avropaya təzyiq göstərməsi üçün bəhanədir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm