Rusiyaya pis xəbər - Casus hər şeyi etiraf etdi
Bizi izləyin

ABŞ

Rusiyaya pis xəbər - Casus hər şeyi etiraf etdi

ABŞ-da Rusiya casusu olmaqda ittiham edilərək saxlanılan Rusiya vətəndaşı Mariya Butina məhkəmə ilə əməkdaşlıq çərçivəsində hər şeyi boynuna alıb.

Publika.az xəbər verir ki, Vaşinqtonda saxlanılan casusa hakim "cinayətini etiraf etsən cəzan veriləndən dərhal sonra deportasiya ediləcəyini bilirsənmi" sualını ünvanlayıb.

Butina hakimin təklifini qəbul edib. Məhkəmə növbəti həftəyə qədər təxirə salınıb.

Butinaya qarşı Rusiya hökumətinin göstərişi ilə Moskvanın casusu kimi fəaliyyət göstərmək ittihamları irəli sürülüb.

Mariya Butina ilk olaraq günahsız olduğunu bildirmişdi. Məhkəmə sənədlərinə əsasən, Federal Təhqiqat Bürosu tərəfindən ABŞ Ədliyyə nazirliyində qeydiyyatdan keçməyərək, Rusiya hökumətinin xeyrinə fəaliyyət göstərməkdə ittiham edilən Butina özünü müqəssir tanımaq haqda razılıq əldə edib.Onun silah lobbi təşkilatı ilə əlaqələri olan respublikçı Pol Eriksonla münasibətlər qurduğu və onunla yaşadığı iddia edilir. Butinanın həmçinin Vaşinqtonda universitetdə beynəlxalq münasibətlər ixtisası üzrə magistr dərəcəsi aldığı bildirilir.

Qadın iyulun 15-də həbs olunub. Kreml bütün ittihamları rədd edib. (Teleqraf)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm